Merkel:“ Aİ Türkiyə məsələsində tək səs olmalıdı“ Dünya

Merkel:“ Aİ Türkiyə məsələsində tək səs olmalıdı“

Avropa İttifaqı (Aİ) Türkiyədə keçirilən referendumun nəticələrinə reaksiya verməli idi.
Türkiyə mətbuatı xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel başçılıq etdiyi Xristian-Demokratlar Partiyasının (CDU) Federal Məclisində keçirilən konfransında deyib.
Merkel bildirib ki, Aİ Türkiyə məsələsində məntiqli nəticəyə gəlməsi üçün müəyyən zaman keçməlidir.
Qeyd edək ki, aprelin 16-da Türkiyədə prezident idarə üsuluna keçidi nəzərdə tutan Konstitusiya dəyişikliyi üzrə referendum keçirilib. Səsvermədə iştirak edənlərin 51,2 faizi Konstitusiyaya təklif edilən dəyişiklikləri dəstəkləyib.
Avropa Parlamentinin Türkiyə üzrə məruzəçisi Kati Piri Türkiyədə keçirilən referendumla bağlı bəyanatında aprelin 16-nı "Türkiyədəki bütün demokratlar üçün kədərli bir gün" adlandırıb.
"Əgər paket dəyişdirilmədən tətbiq olunsa, bu vəziyyət Avropa İttifaqı ilə müzakirələrin təxirə salınmasına gətirib çıxaracaq", - o bildirib.
Lakin Aİ referendumun nəticələri ilə bağlı vahid mövqeyini açıqlamayıb.