

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
İstanbul Respublika Prokurorluğu tərəfindən MLKP (Marksist Leninist Kommunist Partiyası) silahlı terror təşkilatının fəaliyyətinin ifşası və qarşısının alınması məqsədilə aparılan istintaq çərçivəsində ESP və SGDF daxilində 46 şübhəlinin fəaliyyət göstərdiyi müəyyən edilib.
Xalqcəbhəsi.az Türkiyənin “haberglobal.com.tr” saytına istinadən bildirir ki, şübhəlilərin İstanbulda müxtəlif tarixlərdə terror təşkilatının təbliğatında iştirak etdikləri, təşkilat üzvlərinin dinləmələrini izlədikləri, həbsxanada onlara baş çəkdikləri və təşkilat daxilində fəaliyyət göstərdiklərinə dair haqlarında ifadələr olduğu müəyyən edilib.
Şübhəlilərin tutulması üçün İstanbul, Ankara, Əskişəhər, Yalova, İzmir və Diyarbəkirdə ümumilikdə 48 ünvanda əməliyyat keçirilib. Əməliyyatlar zamanı 37 şübhəli yaxalanaraq saxlanılıb. Ünvanlarda aparılan axtarışlar zamanı çox sayda təşkilati sənədlər, qadağan olunmuş nəşrlər, quruma məxsus bayraq götürülüb. Digər şübhəlilərin tutulması üçün işlərin davam etdiyi qeyd edilib.