Bağdadda görüş Dünya

Bağdadda görüş

İraqda səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov həmkarı Hoşyar Zebari ilə görüşüb.
APA-nın verdiyi məlumata görə, tərəflər iki ölkə arasında ikitərəfli münasibətlərin inkişaf perspektivlərini, enerji, təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi yollarını, nəqliyyat, aviasiya sahələrində fəaliyyətin əlaqələndirilməsi, eləcə də siyasi məsələləri müzakirə ediblər. Ölkələr arasında birbaşa hava əlaqəsinin yaradılması da müzakirə olunub.
Qeyd edək ki, Elmar Məmmədyarov İraqın baş naziri Nuri əl-Maliki ilə də görüşüb.