
Londonun ICE birjasında “Brent” markalı neftin fyuçersləri iyunun 12-dən bəri ilk dəfə bir barel üçün 87 ABŞ dollarını ötüb.
Neftin qiyməti 4,83% yüksələrək 87,32 dollar olub.
Eyni zamanda, WTI markalı neftin fyuçerslərinin qiyməti də 3,86% artaraq bir barel üçün 81,16 dollara yüksəlib.