14:02
630
Ukrayna qüvvələri iyulun 14-nə keçən gecə Rusiyanın bir sıra hərbi-iqtisadi və hərbi obyektlərinə zərbələr endirib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Zərbələrə Başqırdıstandakı "Qazprom neftexim Salavat" neft emalı kompleksi və Krasnodar diyarındakı Afipsk neft emalı zavodu məruz qalıb. Ukrayna tərəfinin məlumatına görə, hər iki obyektdə yanğın baş verib.
Bundan əlavə, iddia edildiyinə görə, Gelendjik yaxınlığındakı gəmilərin yenidən yüklənməsi rayonu da vurulub.
Məryəm Quliyeva