13:47
581
Oman rəhbərliyi Hörmüz boğazında gəmiçilik azadlığını təmin edəcək uzunmüddətli sazişin hazırlanması üçün mürəkkəb danışıqlar aparır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə sultanlığın xarici işlər naziri Bədr əl-Busaidi bəyan edib.
"Hazırda Hörmüz boğazında naviqasiya azadlığına zəmanət verən uzunmüddətli mexanizmin hazırlanması məqsədilə mürəkkəb müzakirələr aparılır", — deyə Qətərin "Al Jazeera" telekanalı onun sözlərindən sitat gətirib. Nazir qeyd edib ki, Maskat bu məqsədə nail olmaq üçün "İran və beynəlxalq birliklə birgə işləmək məsuliyyəti daşıyır".
Məryəm Quliyeva