13:54
791
İraqın Baş naziri Əli əz-Zeydi həftənin sonunda ABŞ-nin Dövlət katibi Marko Rubio, ABŞ-nin müdafiə naziri Pit Heqset və Amerikanın energetika şirkətlərinin rəhbərliyi ilə bir sıra görüşlər keçirməyi planlaşdırır. Onlar təhlükəsizlik və iqtisadiyyat sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə edəcəklər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən Amerikanın "Al-Monitor" portalı yayıb.
Xüsusilə, portalın məlumatına görə, söhbət İraq tərəfinin respublika ərazisində fəaliyyət göstərən Amerika hasilat şirkətlərinə əlavə təhlükəsizlik təminatlarının verilməsindən gedəcək. Müzakirələrin ayrıca bəndi isə İraqın müxtəlif bölgələrindəki radikal qruplaşmaların tərksilah edilməsi olacaq.
Məryəm Quliyeva