Ağdərədə avtomobil aşıb, ər-arvad ölüb Hadisə

Ağdərədə avtomobil aşıb, ər-arvad ölüb

Ağdərə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Qarabağ bürosunun məlumatına görə, qəza gecə saatlarında Həsənriz-Umudlu yolunda qeydə alınıb. Avtomobilin aşması nəticəsində Kəlbəcər rayon sakinləri - N. Əsgərov və həyat yoldaşı K.Əsgərova həyatını itirib.

Avtomobildə olan digər Kəlbəcər sakini M. İsmayılova xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.