13:57
742
Amerika Birləşmiş Ştatları bu il noyabrın 3-də ABŞ Konqresinə keçiriləcək aralıq seçkilərdən sonra İrana qarşı irimiqyaslı hərbi əməliyyatlara qayıda bilər və həmin vaxta qədər münaqişənin tammiqyaslı eskalasiyasından qaçmağa çalışacaq.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən Amerikanın "Al-Monitor" portalı yayıb.
Portalın həmsöhbətlərindən birinin qeyd etdiyi kimi, seçkilərdən sonra ABŞ Prezidenti Donald Trampın "itirəcək daha az şeyi olacaq". Mənbənin bildirdiyinə görə, hazırkı məqamda nə Vaşinqton, nə də Tehran kəskin eskalasiyada və irimiqyaslı hərbi əməliyyatların bərpasında maraqlıdır. "Hər iki tərəf diplomatik addımlarla çəkindirmə tədbirlərini növbələşdirir. Onlar tammiqyaslı müharibəyə qayıtmaq istəmirlər, çünki bu, hamı üçün uduzmuş vəziyyətdir", — deyə "Al-Monitor"un həmsöhbəti izah edib.
Məryəm Quliyeva