

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Ukraynadakı gizli əməliyyatlar xarici muzdluların yerli əhaliyə inamsızlığını nümayiş etdirir. Yemək bişirmək üçün belə, zəhərlənmə qorxusundan ukraynalıları işə cəlb etməməyə çalışırlar.
Bu barədə hərbi ekspert Vitali Kiselev TASS-a Ukraynadakı gizli məlumatlara istinadən məlumat verib.
"Muzdlular yerli əhali ilə əlaqə saxlamırlar. Yaşadıqları yerlərdə onlara yalnız çox etibarlı şəxslər xidmət göstərir. Aydındır ki, onlar ya zəhərlənmədən, ya da Rusiya Silahlı Qüvvələrinin yerləşdikləri yerlərə birbaşa zərbələrdən qorxurlar. Onların hamısı - çexlər, polyaklar, litvalılar, almanlar əlamətsiz gəzirlər. Onlar seçilməmək üçün Ukrayna hərbi formasını geyinirlər.
Yəni muzdlular guya qoruduqları Ukrayna sakinlərindən qorxurlar”, - Kiselyov qeyd edib.
Onun sözlərinə görə, son vaxtlar Rusiya Silahlı Qüvvələri qərbli muzdluların toplaşdığı yerlərə məharətlə zərbələr endirir.
Cavid