İslam dünyasında yeni güclü ittifaq formalaşır
16 Yanvar 21:29
16 Yanvar 21:29
16 Yanvar 20:47
16 Yanvar 17:35
16 Yanvar 17:06
27 Fevral 2025 08:42
2 324
ABŞ prezidenti Donald Tramp müdafiə naziri Pete Heqsetin ordunun Əfqanıstandan uğursuz çıxarılmasında iştirak edən bütün ABŞ hərbi generallarını "qovmağa" çağırıb.
Pentaqon rəhbəri Ağ Evdə Nazirlər Kabinetinin iclası zamanı bir müxbir 2021-ci ilin avqustunda ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasını təşkil etmək vəzifəsi daşıyan generalların cari məşğulluq vəziyyəti ilə bağlı sual verdikdə Tramp solunda oturan Pentaqon rəhbərinə işarə edərək deuib: "Mən bu adama nə edəcəyini söyləmək fikrində deyiləm, amma deyəcəyəm ki, onun işi məndə olsaydı, onların hər birini işdən çıxarardım".
Hegseth qeyd edib ki, onun rəhbərliyi altında Müdafiə Departamenti “Ordunun Əfqanıstandan uğursuz çıxarılması zamanı baş verənlərlə bağlı hərtərəfli təhqiqat aparır və tam cavabdehliyi təmin etməyi planlaşdırır”, The New York Post yazır.
Tramp Əfqanıstanda Amerika vətəndaşlarının və ABŞ tərəfdaşlarının dəstəksiz qalmasına, milyardlarla dollarlıq hərbi texnikanın tərk edilməsinə və təxliyə zamanı 13 ABŞ hərbçisinin öldürülməsinə səbəb olan və hərbi hissələrin xaotik geri çəkilmədə iştirak edən generalların əksəriyyətinin ölkədən çıxarılmasını gözlədiyini söyləyib.
Cavid
17 Yanvar 16:16
1 225
17 Yanvar 16:15
1 253
17 Yanvar 15:00
1 253