Naqif Həmzəyev: Azərbaycan Türk dünyasının əsas dayaqlarındandır
17 Sentyabr 22:08
17 Sentyabr 22:08
17 Sentyabr 21:35
17 Sentyabr 20:47
17 Sentyabr 14:23
28 Fevral 2025 14:31
2 891
Xalqcəbhəsi.az Türkiyənin “Demirören” Xəbər Agentliyinə istinadən bildirir ki, Tailandda 11 il həbsdə olan 40 uyğur türkü Çinə qaytarılıb.
ABŞ dövlət katibi Marko Rubio, uyğur türklərinin Tailanddan deportasiyası ilə bağlı verdiyi açıqlamada, "Tailand bir qrup uyğuru zorla Çinə qaytardı. Taylandın uzun müddətdir müttəfiqi olaraq beynəlxalq öhdəliklərimizə zidd olan bu hərəkətdən narahatıq. Birləşmiş Ştatlar bu hərəkəti pisləyir. Biz Tailand hökumətini uyğurlarla ləyaqətlə rəftar edilməsini və onların hüquqlarının qorunmasını təmin etməyə çağırırıq” deyib.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı da 40 uyğur türkünün Tailanddan deportasiya edilməsini pisləyib.
17 Sentyabr 17:30
728
17 Sentyabr 17:26
707
17 Sentyabr 16:38
749