Mədəaltı vəzi xərçənginə qarşı peyvənd 99% effektivlik göstərib Dünya

Mədəaltı vəzi xərçənginə qarşı peyvənd 99% effektivlik göstərib

Məədəaltı vəzi xərçənginə qarşı eksperiment xarakterli peyvənd müalicə alan pasiyentlərin təxminən 99 faizində immun cavabı yaradıb. Mayo Klinikasının (ABŞ-nin Minnesota ştatında yerləşən tibb müəssisəsi) mütəxəssislərinin rəhbərlik etdiyi alimlər bu nəticəyə gəliblər.

Xalqcebhesi.az xəbər verir ki, tədqiqatın nəticələri "Nature Medicine" jurnalında dərc olunub.

Mədəaltı vəz xərçəngi ən aqressiv onkoloji xəstəliklərdən biri hesab olunur. Hətta əməliyyat və kimyaterapiyadan sonra da şiş yenidən qayıda bilir. Bu zaman xəstəliyin ən geniş yayılmış formasının təxminən 90 faizində xərçəngin inkişafına təkan verən KRAS geni mutasiyaları aşkarlanır.

Alimlər immun sisteminə yeddi geniş yayılmış KRAS mutasiyasını tanımağı və onları özündə saxlayan şiş hüceyrələrinə hücum etməyi öyrədən "camupepimut" peyvəndini hazırlayıblar.

Məryəm Quliyeva