Karlson ABŞ-nin İrana nüvə zərbəsi endirə biləcəyini iddia edir Dünya

Karlson ABŞ-nin İrana nüvə zərbəsi endirə biləcəyini iddia edir

İsrailin təzyiqi altında ABŞ yaxın günlərdə İrana nüvə zərbəsi endirə bilər.

Xalqcebhesi.az xəbər verir ki, bu iddianı amerikalı jurnalist Taker Karlson irəli sürüb.

"Netanyahunun təzyiqi ilə Tramp administrasiyası bir neçə gün ərzində İrana nüvə zərbəsi endirə bilər", - deyə Karlson "X" sosial şəbəkəsində yazıb.

Jurnalist zərbə üçün ehtimal olunan hədəf kimi Pikaks dağının adını çəkib. İsrail kəşfiyyatının iddialarına görə, İran orada uranın zənginləşdirilməsi proqramını bərpa etmiş ola bilər.

Karlson vurğulayıb ki, heç bir silah obyektin təxminən 100 metrlik mühafizəsini yara bilməz, bu səbəbdən "yeganə variant nüvə zərbəsidir".

O məlumat verib ki, Netanyahu İsraildə keçirilən parlament seçkilərindən sonra kövrək siyasi vəziyyətə görə israrla buna nail olmağa çalışır.

Jurnalist qeyd edib ki, görünür, Tramp ehtimal olunan zərbə ilə bağlı hələ qərar qəbul etməyib və məsləhətçiləri ilə, o cümlədən hələ də İranla saziş bağlanmasına meyil edən vitse-prezident Cey Di Vens və xüsusi elçisi Stiv Uitkoffla məsləhətləşmələr aparır.

Məryəm Quliyeva