Tramp razılaşma olmasa İrana yeni zərbələr endiriləcəyini istisna etməyib Dünya

Tramp razılaşma olmasa İrana yeni zərbələr endiriləcəyini istisna etməyib

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İslam Respublikası ilə razılıq əldə olunmazsa, Birləşmiş Ştatlar İrana qarşı yeni addımlar ata bilər.

Xalqcebhesi.az xəbər verir ki, Tramp bu barədə Ayova ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxışı zamanı danışıb.

"İranla işi bitirməməyimizin yeganə səbəbi mənim xeyirxah olmaq istəyimdir. Bacardığım qədər həyatları xilas etməyə çalışmaq istəyirəm. Lakin nə vaxtsa biz onlara dərs verməli olacağıq", - o vurğulayıb.

Mitinqdən əvvəl Tramp jurnalistlərə İranla münaqişə barədə danışarkən də bildirib: "Biz bu və ya digər şəkildə tezliklə buna son qoyacağıq. Onlar ya saziş bağlayacaqlar, ya da biz sadəcə buna son qoyacağıq". Amerika lideri ABŞ-nin bunu "asan yolla" edə biləcəyini qeyd etsə də, təfərrüatları açıqlamayıb.

Məryəm Quliyeva