ÜST: Koronavirusun yeni "PJ.2.1" ştamının yayılma riski artır
31 Oktyabr 15:21
31 Oktyabr 15:21
31 Oktyabr 15:11
31 Oktyabr 13:01
08:09
469
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Birləşmiş Ştatlar Rusiya və Çin barədə kəşfiyyat məlumatlarının toplanmasını həyata keçirir, onlar da öz növbəsində Amerika tərəfinə münasibətdə eyni şeyi edirlər. Tramp bunda narahatlıq üçün heç bir səbəb görmədiyini vurğulayıb.
Xalqcebhesi.az xəbər verir ki, o, bu barədə Ayova ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxışı zamanı danışıb.
ABŞ lideri vurğulayıb ki, Vaşinqton bu istiqamətdə daha üstün imkanlara malikdir və kəşfiyyat fəaliyyətini Rusiya və Çindən daha yaxşı həyata keçirir. Bununla belə, Tramp konkret hansı məlumatların toplanması ilə bağlı təfərrüat verməyib.
Məryəm Quliyeva