ÜST: Koronavirusun yeni "PJ.2.1" ştamının yayılma riski artır
31 Oktyabr 15:21
31 Oktyabr 15:21
31 Oktyabr 15:11
31 Oktyabr 13:01
08:23
483
Fars körfəzində hərəkətdə olan tanker iki naməlum mərmi ilə vurulub.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Daşımalarının Koordinasiyası Mərkəzi (UKMTO) məlumat yayıb.
"UKMTO Ras-əl-Xafcidən (Səudiyyə Ərəbistanı) 72 dəniz mili şərqdə baş vermiş insident barədə məlumat alıb. Fars körfəzi vasitəsilə cənub-şərq istiqamətində hərəkət edən tanker iki naməlum mərmi ilə vurulub", - deyə koordinasiya mərkəzindən bildirilib.
Qeyd olunur ki, heyətin bütün üzvləri təhlükəsizlikdədir, ekoloji zərər haqqında məlumat verilmir.
Məryəm Quliyeva