Netanyahu Trampdan seçkilərdən dərhal sonra İrana zərbə endirməsini tələb edib Dünya

Netanyahu Trampdan seçkilərdən dərhal sonra İrana zərbə endirməsini tələb edib

ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Binyamin Netanyahu şənbə günü Vaşinqton və Tehran arasındakı danışıqların vəziyyətinə bağlı açıq telefon danışığı aparıblar.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən "Axios" məlumat yayıb.

Məlumata görə, Netanyahu Trampın çərşənbə axşamı ABŞ Konqresinə keçiriləcək aralıq seçkilərindən dərhal sonra İrana zərbə endirməsində təkid edir.

Lakin Amerika prezidenti hələlik danışıqların yekunlaşmasına imkan yaratmaq istəyir. Portalın həmsöhbətləri qeyd ediblər ki, bu strategiya Netanyahunu narahat edir.

İsrail mənbəsi telefon zəngini "sərt" kimi xarakterizə edib. Eyni zamanda, Amerika tərəfindən olan həmsöhbət onu "birbaşa" adlandırıb.

Məryəm Quliyeva