“Avropa İran cəbhəsinə girmir”
19 Mart 23:01
19 Mart 23:01
19 Mart 22:25
19 Mart 21:47
19 Mart 21:43
Siyarto: Macarıstan neft tədarükü bərpa olunmadan Ukraynanın maliyyələşdirilməsini dəstəkləməyəcək
Mehriban Əliyeva Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Prezident İlham Əliyevin sosial media hesablarında Ramazan bayramı münasibətilə paylaşım edilib
Quterreş: “Qlobal əməkdaşlıq olmadan davamlı sülhə nail olmaq çətindir”
17 Aprel 2025 18:10
2 149
İsrailin hücumları nəticəsində dağıntılar səbəbindən Qəzzada iki həftədir sıradan çıxan əsas su xəttinin təmirindən sonra şəhərin bir milyona yaxın sakininə su verilməyə başlanılıb.
Xalqcebhesi.az “Anadolu” Xəbər Agentliyinə istinadla bildirir ki, Ramallahdakı Fələstin Su İdarəsi verdiyi açıqlamada “Texniki qruplarımız Qəzza şəhərinin məhəllələrinə su axını bərpa etməyə müvəffəq olub” deyə qeyd edilib.
Qəzza şəhərinin şərqində təcili təmir və baxım işlərinin tamamlandığı qeyd edilən açıqlamada İsrailin Qəzzaya hücumlarının başlamasından bu yana Fələstin Su İdarəsi qruplarının sözügedən xəttin baxım və təmirini üçüncü dəfə həyata keçirdiyi xatırladılıb.
Açıqlamada İsrailin aprelin 4-də əsas su birləşdirici xətti hədəfə aldığı, şəhərin 70 faizinin bu xətt vasitəsilə su ilə təmin edildiyi və bu suyun 1 milyon insana çatdığı qeyd edilib.