14:40
448![]()
İran Məclisi (birpalatalı parlament) ölkə rəhbərliyi müvafiq qərar qəbul edən kimi Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən (NPT) çıxmaq barədə qanunu ən qısa müddətdə və təcili qaydada qəbul etməyə hazırdır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Məclisin Milli təhlükəsizlik və xarici siyasət komitəsinin sədri İbrahim Əzizi bəyan edib.
"Bu, dövlət səviyyəsində qəbul edilməli olan qərar olduğundan, İslam İranı belə bir nəticəyə gələn kimi Məclis təcili qanun layihələri formasında məsul şəxslərə bu addım üçün hüquqi zəmin yaratmağa hazırdır", – deyə "Fars" agentliyi onun sözlərini sitat gətirib.
Əzizinin sözlərinə görə, NPT-dən çıxmaqla bağlı qanun layihələri deputatlar tərəfindən hazırlanıb və Məclisin qanunvericilik sistemində qeydiyyata alınıb, parlamentarilərdə isə onların qəbulu üçün lazımi və qəti iradə mövcuddur.
Məryəm Quliyeva