“Neft ixracı sülh yolunu açır”
9 Yanvar 22:15
9 Yanvar 22:15
9 Yanvar 22:05
9 Yanvar 21:59
9 Yanvar 21:45
Azərbaycanın bəzi rayonlarında güclü külək əsir, qar yağır - FAKTİKİ HAVA
“Suriya Demokratik Qüvvələri”nə qarşı yeni əməliyyat fevralda keçirilə bilər
Netanyahu və Rubio ABŞ-ın İranda mümkün müdaxiləsi mövzusunu müzakirə ediblər
Qalibaf: Vaşinqton hərbi hücuma keçərsə, İsrail və ABŞ ordusu qanuni hədəf olacaq
20 May 2025 09:04
2 408
ABŞ dövlət katibi Marko Rubio Romaya səfəri zamanı eşidib ki, Avropa münaqişə istəyir. Amerikalı diplomat bu barədə prezident Donald Trampın rəhbərlik etdiyi Kennedi Mərkəzinin Qəyyumlar Şurasının şam yeməyində danışıb.
“Kardinallardan biri... dedi ki, Amerika prezidentinin sülh istəməsi bizim üçün çox qeyri-adi haldır, bəzi avropalılar isə sanki dünya alt-üst olubmuş kimi daim hərbi işlərə çağırırlar”, - RİA Novosti Rubionun sözlərini sitat gətirir.
Dövlət katibi vurğulayıb ki, ABŞ prezidenti çalışır ki, müdafiə sahəsinə böyük xərclərə ehtiyac olmasın, çünki bu pullar iqtisadi inkişafa yatırıla bilər.
Bundan əvvəl Rubio bildirib ki, Donald Trampın mövqeyi tamamilə aydındır: o, Ukraynadakı münaqişənin bitməsini istəyir və nizamlanmaya gətirib çıxaracaq istənilən mexanizmə açıqdır. O əlavə edib ki, Birləşmiş Ştatlar bu məsələdə “yardımçı olmağa” hazırdır.
Cavid