

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
ABŞ prezidenti Donald Tramp daha çox Moskva ilə münasibətlərin pozulmasından narahatdır. Ukraynadakı münaqişə onu az dərəcədə maraqlandırır.
Bu fikri Almaniyanın “Spiegel” qəzetinə müsahibəsində Almaniya Beynəlxalq və Təhlükəsizlik Məsələləri İnstitutunun baş elmi işçisi Sabine Fişer deyib.
Ekspertin fikrincə, Tramp üçün “ABŞ və Rusiya arasında münasibətlərin normallaşması daha vacibdir”. Fişer qeyd edib ki, Amerika lideri Moskva ilə münasibətlərin normallaşdırılmasında bu aspekt onun üçün maneə olarsa, Ukrayna münaqişəsinin həllində vasitəçilikdən imtina edə bilər.
Bundan əlavə, politoloq əmindir ki, Kiyev Rusiya Federasiyası və ABŞ liderləri arasında şəxsi əlaqəni təhlükə kimi qəbul edir. Ekspert vurğulayıb ki, Vaşinqtonun köməyi olmadan Ukrayna döyüş meydanında Rusiyaya müqavimət göstərə bilməyəcək. "Tramp hər gün Moskvaya bir neçə hədiyyə göndərir", - Fişer zarafat edib (RİA Novosti-dən sitat gətirir).
Cavid