
“Bu, Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha təsdiqlədi”
18 Oktyabr 20:32
18 Oktyabr 20:32
18 Oktyabr 12:10
17 Oktyabr 18:26
17 Oktyabr 16:55
Qarsda Türk Dünyasının Elmi Birliyini Gücləndirən Beynəlxalq Simpozium Keçirilib
Qəzzanın cənubunda yenidən toqquşmalar başlayıb, Netanyahu Orduya əmr verib - YENİLƏNİB-4
Ukrayna Ordusu Rusiyada neft və qaz emalı zavodlarına zərbə endirib
Oktyabrın 22-dək fasilələrlə yağış yağacaq, leysan olacaq, dolu düşəcək
İsveçrədə aparılan bir araşdırma süni intellekt modellərinin emosional zəka testlərində insanlardan daha dəqiq cavablar verdiyini ortaya qoyub.
Xalqcebhesi.az xəbər verir ki, Cenevrə və Bern universitetlərindən tədqiqatçılar, altı fərqli süni intellekt sistemini insanlar üçün hazırlanmış emosional zəka testlərinə məruz qoyublar.
Araşdırma çərçivəsində empati, emosional vəziyyətləri tanımaq, tənzimləmək və idarə etmək bacarığını ölçən beş fərqli ssenariyə əsaslanan testlərdən istifadə olunub.
Məsələn, iş yerində bir işçinin fikrinin oğurlanması kimi mürəkkəb vəziyyətlərdə ən uyğun reaksiyanı müəyyən etmək kimi sualların yer aldığı bu testlərdə süni intellekt modelləri 81% dəqiqliklə düzgün cavab verib. Eyni suallar insanlara verildikdə isə onların düzgün cavab nisbəti 56% olub.
Araşdırmanın ikinci mərhələsində tədqiqatçılar ChatGPT-dən yeni emosional zəka testləri yaratmasını istəyiblər. 400-dən çox iştirakçının qiymətləndirdiyi bu testlər süni intellekt tərəfindən yaradılmayan testlər qədər real və inandırıcı hesab edilib.
Araşdırmanın müəlliflərindən Marcello Mortillaro nəticələrlə bağlı bildirib:
“Bu, süni intellektin təkcə duyğuları başa düşmədiyini, həm də emosional zəkayla davranmağın nə demək olduğunu dərk etdiyini göstərir.”
Mütəxəssislər qeyd edirlər ki, bu nəticələr süni intellektin təhsil, fərdi inkişaf, məşqçilik və münaqişə idarəçiliyi kimi insanlara məxsus sayılan sahələrdə mütəxəssislərin nəzarəti ilə istifadə oluna biləcəyini göstərir.
Araşdırmanın nəticələri "Communications Psychology" jurnalında dərc olunub.
Məryəm Quliyeva