"Axios": Vens Netanyahu ilə İran mövzusunda sərt danışıb
30 İyul 21:25
30 İyul 21:25
30 İyul 16:22
Rusiyanın iqtisadi inkişaf naziri: Ermənistandan tədarükü asanlıqla əvəz etmək olar
ABŞ İranın "Mahan Air" aviaşirkəti ilə əlaqələrinə görə beş quruma sanksiya tətbiq edib
XV Qəbələ Beynəlxalq Musiqi Festivalında Özbəkistan müqiçilərinin konserti olub
Dünya Güləş Birliyindən azərbaycanlı hakimlərə yüksək etimad
5 İyun 2025 11:36
2 513
ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkənin ticari xam neft ehtiyatlarının keçən həftə 4 milyon 300 min barrel azalaraq 436 milyon 100 min barrelə düşdüyünü açıqlayıb. Bazar gözləntiləri ehtiyatların təxminən 2 milyon 900 min barrel azalacağı idi.
Xalqcəbhəsi.az “Anadolu” Xəbər Agentliyinə istinadən qeyd edir ki, ticari xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları isə 500 min barrel artaraq 401 milyon 800 min barrelə çatıb. Bu dövrdə ABŞ-nin benzin ehtiyatları təxminən 5 milyon 200 min barrel artaraq 228 milyon 300 min barrelə yüksəlib.
ABŞ-nin gündəlik xam neft hasilatı 24-30 may həftəsində 7 min barrel artaraq 13 milyon 408 min barrelə çatıb.
Digər tərəfdən, ölkənin xam neft idxalı keçən həftə əvvəlki həftə ilə müqayisədə gündəlik 5 min barrel azalaraq 6 milyon 346 min barrelə, xam neft ixracatı isə gündəlik 394 min barrel azalaraq 3 milyon 907 min barelə çatıb.
EIA-nın 2025-ci ilin may ayı Qısamüddətli Enerji Görünümü hesabatına görə, ABŞ-nin gündəlik ortalama xam neft hasilatının 13 milyon 420 min barrel olacağı gözlənilir.
30 İyul 22:53
665
30 İyul 22:51
651
30 İyul 22:49
658