Ərdoğan Paşinyanla Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib - YENİLƏNİB Dünya

Ərdoğan Paşinyanla Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib - YENİLƏNİB

Ermənistan Baş naziri Nikol Paşinyan Qurban bayramını təbrik etmək münasibətilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

APA xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Telefon danışığı zamanı Türkiyə ilə Ermənistan arasında təmaslar, regional və qlobal məsələlər müzakirə olunub.

Prezident Ərdoğan bölgədə əhatəli normallaşmanın və Azərbaycan ilə Ermənistan arasında sülh dialoqunun əhəmiyyətinə diqqət çəkərək Türkiyə ilə Ermənistan arasında təmaslardan məmnuniyyətini dilə gətirib.

***

15:08

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

APA Ermənistan mediasına istinadən xəbər verir ki, Paşinyan Qurban bayramı münasibətilə Ərdoğanı təbrik edib.

Türkiyə və Ermənistan liderləri ikitərəfli əlaqələri və regional məsələləri müzakirə edib.

Tərəflər dialoqu davam etdirməyə razılaşıblar.