Rusiyanın canlı itkisi bir milyona yaxınlaşır Dünya

Rusiyanın canlı itkisi bir milyona yaxınlaşır

Ukrayna müharibənin 1203-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

"Xalq Cəbhəsi" Ukrayna Baş Qərargahının yaydığı məlumata istinadən xəbər verir ki, Rusiya indiyə qədər 998 080 hərbçi, 10 919 ədəd tank, 22 768 ədəd zirehli döyüş maşını, 28 982 ədəd artilleriya sistemi, 1 412 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 183 hava hücumundan müdafiə sistemi, 416 ədəd hərbi təyyarə, 337 ədəd helikopter, 51 455 ədəd avtomobil texnikası, 40 057 ədəd PUA, 3 330 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 911 xüsusi avadanlıq itirib.

Cavid