ABŞ, İranla yeni danışıqlar raundunun baş tutacağına ümid edir Dünya

ABŞ, İranla yeni danışıqlar raundunun baş tutacağına ümid edir

CNN: ABŞ, Omanda İranla növbəti danışıqlar raundunun keçiriləcəyinə ümid bəsləyir

ABŞ, İranla nüvə sazişi üzrə növbəti danışıqlar raundunun baş tutacağına ümid edir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadən məlumat yayıb.

Əvvəlki xəbərlərə görə, ABŞ və İran nümayəndələrinin görüşü 15 iyun tarixində Oman Sultanlığının paytaxtı Məskətdə keçirilməlidir.

Qeyd olunur ki, ABŞ və İran 12 apreldən etibarən İranın nüvə proqramı üzrə artıq beş raund danışıqlar aparıblar.

İyunun 9-da İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Baqai bildirmişdi ki, Tehran nüvə proqramı ilə bağlı təkliflərini Omanın vasitəçiliyi ilə ABŞ tərəfinə təqdim edəcək.

İyunun 11-də isə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bəyan etmişdi ki, Moskva nüvə sazişinə nail olunması üçün yalnız siyasi deyil, həm də praktik dəstək göstərməyə hazırdır. Məsələn, Rusiya tərəfi İran ərazisindən artıq nüvə materiallarının çıxarılmasına və bu materialların reaktorlar üçün yanacaq istehsalına uyğunlaşdırılmasına yardım edə bilər.

Məryəm Quliyeva