Nikaraquanın ilk qadın prezidenti vəfat edib Dünya

Nikaraquanın ilk qadın prezidenti vəfat edib

Nikaraqua tarixində ilk qadın Prezident Violeta Barrios de Çamorro uzun sürən xəstəlikdən sonra vəfat edib.
APA xəbər verir ki, bu barədə onun oğlu, jurnalist Karlos Fernando Çamorro sosial şəbəkədə paylaşım edib.

95 yaşlı sabiq dövlət başçısı Kosta-Rikanın San-Xose şəhərində dünyasını dəyişib.

Məlumata görə, Violeta Barrios de Çamorronun nəşi San-Xosedə dəfn ediləcək.