Abbas Araqçi: İran danışıqlar üçün Omana nümayəndə heyəti göndərməyib Dünya

Abbas Araqçi: İran danışıqlar üçün Omana nümayəndə heyəti göndərməyib

İran rəhbərliyi danışıqlar üçün Omana nümayəndə heyəti göndərməyib

APA xəbər verir ki, bu barədə İran İslam Respublikasının xarici işlər naziri Abbas Araqçi "Al Jazeera" telekanalına açıqlamasında bildirib.

“Biz Oman Sultanlığına danışıqlar aparmaq üçün heç bir nümayəndə heyəti göndərməmişik. Mən danışıqlar heyətinin başçısı kimi Tehrandan çıxmamışam. Bu məlumatlar həqiqəti əks etdirmir,” – deyə Araqçi vurğulayıb.