
İran viran olur
18 İyun 23:23
18 İyun 23:23
18 İyun 23:08
18 İyun 23:00
Daşkəsən rayonunda bədbəxt hadisə baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, 1963-cü il təvəllüdlü rayon sakini E. Əhmədov özünə məxsus yük maşınında qum boşaldarkən ehtiyatsızlıq səbəbindən qoşqu ona dəyib.
Zərbədən yerə yıxılan E. Əhmədovun üzərinə həmin vaxt yük yerində olan qum tökülüb. 62 yaşlı kişi qumun altında qalaraq hadisə yerində həyatını itirib.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.