KİV: ABŞ-ın Fordodakı obyektə zərbə endirməsi nüvə partlayışına səbəb olmayacaq Dünya

KİV: ABŞ-ın Fordodakı obyektə zərbə endirməsi nüvə partlayışına səbəb olmayacaq

ABŞ-ın İranın Fordodakı yeraltı uranın zənginləşdirilməsi obyektinə endirdiyi zərbə radiasiyanın yayılmasına və ya nüvə partlayışına səbəb olmayacaq.

Bu barədə ABŞ-ın “NBC News” telekanalı nüvə təhlükəsizliyi üzrə ekspertlərə istinadən məlumat yayıb.

Onların fikrincə, bombardman nəticəsində obyektin işçiləri böyük ehtimalla xəsarət alıb. Lakin hücum nüvə partlayışı və ya iri miqyaslı radiasiya və ya kimyəvi maddələrin yayılmasına səbəb olmayacaq.

“Bu, Fordoda nüvə reaktorları və ya döyüş başlıqları olsaydı baş verə bilərdi. Lakin beynəlxalq müşahidəçilər və ekspertlər bunun belə olmadığını düşünürlər”, - telekanal qeyd edib.