

İsrail ordusundan verilən açıqlamada 50 döyüş təyyarəsinin təxminən 150 bomba daşıdığı hava hücumunda İsfahandakı nüvə obyekti ilə yanaşı, 4 ballistik raket batareyasının vurulduğu bildirilib.
İsfahandakı nüvə obyektinə edilən hücumda sentrifuqa istehsalı müəssisəsinin vurulduğu və ciddi ziyan dəydiyi qeyd edilib.
Hücumlarda pilotsuz uçuş aparatlarının (PUA) buraxılması üçün yerləşdirilən yük maşınları, İran ordusuna aid radar sistemləri və hava hücumundan müdafiə sistemlərinin də hədəf alındığı açıqlanıb.