25 İyul 17:20
Belqorod şəhərinə dron hücumu nəticəsində 12 nəfər yaralanıb
İranlı deputat Xəzərdə gəmiyə hücuma görə Ukraynanı hədələyib
Tramp İranla müharibə üçün sursat çatışmazlığı xəbərlərini təkzib edib
Netanyahu Beynəlxalq Cinayət Məhkəməsini korrupsiyada ittiham etdi
“Çayların məcraları təmizlənmədiyindən sel təhlükəsi yaranır”-QHT Şəkidə dəyirmi masa keçirib
21 İyun 2025 21:50
2 863
Ukrayna xarici işlər naziri Andriy Sıbiha Ukrayna Prezidenti tərəfindən növbəti ay ərzində Rusiyaya beynəlxalq təzyiqin maksimum artırılması vəzifəsi qoyulduğu bildirib.
“Report” xəbər verir ki, bunu Sıbiha milli telemarafonda çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, Ukrayna iyul ayında Rusiyaya təzyiq göstərmək və digər ölkələr tərəfindən Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi üçün diplomatik iş aparacaq.
“Geosiyasi vəziyyət diplomatik xidmətdən reallıqlara, arqumentlərə və yanaşmalara uyğunlaşdırılmış yeni yollar tapmağı tələb edir. Buna görə də artıq prezident tərəfindən bəzi xarici nümayəndəliklərin rəhbərləri ilə bağlı müəyyən kadr qərarları qəbul edilib”, – Sıbiha bildirib.
O həmçinin ayın sonunda Ukrayna diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşlərin keçiriləcəyini elan edib.
“Ukrayna Prezidenti tərəfindən təsdiqlənmiş səfirlərin görüşündən əvvəl, məhz Ukrayna diplomatik xidmətinin gücləndirilməsinə yönəlmiş müvafiq kadr qərarları olacaq”, – XİN başçısı vurğulayıb.
Ukraynalı səfirlərdən Ukrayna üçün hərbi paketlər, humanitar və iqtisadi yardımın səfərbər edilməsi və xaricdəki ukraynalılara dəstək şəklində nəticələr gözlənilir.