

Belarusda müxalif Sergey Tixanovski azadlığa buraxılıb.
APA xəbər verir ki, “Наша Нiва” Sergey Tixanovskinin ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Kit Kellogun Minskə səfəri nəticəsində azadlığa buraxıldığını yazıb.
Sergey Tixanovski artıq Belarusu tərk edib.
Sergey Tixanovski də daxil olmaqla, 14 nəfər azadlığa buraxılıb.
Kelloqun müavini Coun Koul “X” hesabında paylaşım edərək, bunun ABŞ prezidenti Donald Trampın səyləri, eləcə də Litva ilə əməkdaşlıq nəticəsində mümkün olduğunu qeyd edib.
Qeyd edək ki, Sergey Tixanovski 2020-ci il seçkilərindən əvvəl saxlanılıb. O, 5 ildən çox həbs həyatı yaşayıb. Belarus məhkəməsi bloger Sergey Tixanovskinin 18 il azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb. Tixanovski və onun ətrafı Belarusda kütləvi iğtişaşlar hazırlayıb təşkil etməkdə ittiham olunub. O, "YouTube" və "Telegram" kanalları vasitəsilə açıq şəkildə dövlət məmurlarına və hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı zorakılığa çağırış etməkdə təqsirli bilinib.
Xatırladaq ki, Sergey Tixanovski Belarus müxalifətinin lideri Svetlana Tixanovskayanın həyat yoldaşıdır.