

Bayraktar: Türkiyə enerji sahəsində Rusiya ilə əməkdaşlığı davam etdirmək istəyir.
Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib ki, Rusiya ölkəsinin ən böyük enerji təchizatçısıdır və Ankara yaxın dövrdə bu əməkdaşlığı davam etdirmək niyyətindədir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Bayraktar Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPIEF) iştirakı çərçivəsində Rusiyaya səfərinin yekunlarını şərh edərək bildirib ki, Rusiya rəsmiləri ilə enerji sahəsində mövcud əməkdaşlıq vəziyyəti müzakirə olunub:
“Rusiya ilə uzunmüddətli enerji əməkdaşlığımız var... Türkiyə bu əməkdaşlığı yaxın dövrdə də davam etdirmək niyyətindədir,” – deyə nazir vurğulayıb.
O əlavə edib ki, forum çərçivəsində atom enerjisi və digər sahələrdə ikitərəfli əməkdaşlıqla yanaşı, qlobal hadisələr də müzakirə olunub.
Bayraktar eyni zamanda İran-İsrail arasında yaşanan gərginliyə də toxunaraq qeyd edib ki, bu münaqişənin enerji bazarına mənfi təsir göstərəcəyi və ya “xaotik ssenarilərə” səbəb olacağı gözlənilmir.
Məryəm Quliyeva