Hacıqabulda baş verən qəzada Türkmənistan vətəndaşı ölüb Hadisə

Hacıqabulda baş verən qəzada Türkmənistan vətəndaşı ölüb

Hacıqabulda baş verən qəzada Türkmənistan vətəndaşı ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Türkmənistan vətəndaşı 1990-cı il təvəllüdlü Nurgəldiyev Nuryağdının idarə etdyi TIR yoldan çıxaraq aşıb. Sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.