Levandovski “Barselona”dan gedir? İdman

Levandovski “Barselona”dan gedir?

"Barselona" klubunun rəhbərliyi 36 yaşlı Robert Levandovski ilə müqaviləni uzatmağı planlaşdırmır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Sport.es portalı məlumat yayıb.

Mənbə iddia edir ki, R.Levandovskinin agentinin nümayəndəsi onun karyerasını Səudiyyə Ərəbistanında davam etdirmək istədiyini təsdiqləyib. Lakin həmin şəxs polşalı forvardın Səudiyyə Ərəbistanının hansı klubunu seçəcəyini açıqlamayıb.

Xatırladaq ki, R.Levandovski cari mövsüm 52 oyunda iştirak edib, 42 qol vurub və 3 məhsuldar ötürmə edib.

Qeyd edək ki, futbolçunun hazırkı bazar dəyəri 12 milyon avrodur. Onun "Barselona" ilə müqaviləsi 2026-cı ildə bitir.