Fransanın vasitəçiliyi Dünya

Fransanın vasitəçiliyi

Qərb asta-asta general Həftarın tərəfini tutur

Liviyada beynəlxalq səviyyədə tanınmış hökumətin rəhbəri Faiz əl-Sərrac və hərbçi Xəlifə Həftar, Fransa prezidenti Emmanuel Makronun ev sahibliyi ilə, böhranın həlli yolunu müzakirə edib.
Sərrac və Həftar arasındakı görüş, may ayında Əbu Dabidəki danışıqlardan sonra, son üç ayda sayca ikincidir.
Strateq "Atlantic Council"a istinadən yazır ki, əmirliyin ev sahibliyi etdiyi yığıncaqda olduğu kimi, Parisdə də müzakirə edilən məqamlar sülh istiqamətində tərəqqiyə imza atma ehtimalını heçə endirib. Sərrac və Həftar, Liviyada siyasi həllə çatmağı hədəfləyən ortaq bəyanat qəbul etsə də, toplantı münaqişənin siyasi həlli ilə əlaqədar bir çox sualları cavabsız saxlayıb.
Birləşmiş Ştatlar Liviyadakı liderlik mantiyasını öz üzərinə götürmək istəmədiyini bəyan edib, amma o, Fransaya və ya Liviyada müvəqqəti mənafeyə malik olan digər aktyorlara belə bir rol verməməlidir. Belə bir qərar spoylerləri daha da gücləndirəcək və münaqişənin sona çatması üçün perspektivləri daha da azaldacaq.
Parisdəki danışıqların iki əhəmiyyətli nəticəsi olub:
Birincisi, Həftarın qlobal meydanda legitimləşdirilməsidir. Hərgah Əbu Dabidə keçirilən danışıqlara qoşulması ona artıq müəyyən legitimlik vermişdi. Amma böyük Avropa gücünün dəvəti, Həftarın Liviya sülh prosesində əsas oyunçu kimi qalmasını təmin edib.
İkincisi, Fransanın Liviyada əsas vasitəçi-oyunçu roluna yüksəlməsidir. Fransa, BMT kimi, Sərrac hökumətini tanıyır və Liviyaya dair Siyasi Konvensiyanı (LPA) dəstəkləyir.
Bununla belə, rəsmi Paris Liviyanın şərqindəki Həftar qüvvələrinə aktiv dəstək verib.
Son danışıqlar tərəflərin, may ayında Sərrac-Həftar danışıqlarını təşkil edən Əbu Dabi və Qahirədən uzaqlaşaraq, vasitəçiliyi Parisə verməsinə dəlalət edir. Prosesdə BMT-nin Liviyadakı yeni xüsusi nümayəndəsi Qəssan Səlamənin də iştirakı ilə, Makronun Sərrac və Həftar arasındakı duruşu rəsmi Parisin təşəbbüs arxasında qüvvətli ələ sahib olduğunu göstərib.
Hər iki tərəfin razılaşdıqları birgə bəyanatda atəşkəs elan edilməsi, siyasi prosesə dəstək ifadə edilib, Birləşmiş Millətlər Təşkilatı ilə birlikdə LPA-ya uyğun olaraq işləməyə və ən qısa zamanda prezident və parlament seçkilərinin keçirilməsinə sədaqət bildirilib. Bununla belə, bu prinsiplər yerinə yetirilmir. Binqazi şəhərinin tam nəzarəti altına alan Həftar qüvvələri, terrorla mübarizə adı ilə əməliyyatları davam etdirib atəşkəs rejimini şübhəyə alır.
Paris danışıqlarından sonra "France 24"-ə verdiyi müsahibədə Həftar, Sərracın Tripolidə nəzarətə malik olmaması ilə bağlı onu tənqid və prezidentliyə namizədlərin terror təşkilatları ilə əlaqələr qurduğunu iddia edib.
Sərracın Tripolidə nəzarətə sahib olmaması Parisdə müzakirələrin, yəni siyasi həll prosesinin baş verməyəcəyini göstərir. Sərrac və Həftarı qəbul edərkən, rəsmi Paris Liviyada münaqişəni ikili məsələ kimi təqdim etdi. Əslində, Sərracın Həftar ilə mümkün siyasi razılaşmanı qəbul etməsi səlahiyyəti yoxdur. Həqiqətən də, may ayında Əbu Dabi görüşməsindən sonra Qərb Sərracdan müəyyən qədər üz döndərib, Həftarın bəzi qruplara hücum edərək, cənubda böyük qan tökməsinə səbəb olub.
"France 24" müsahibəsində Həftar, "Sərracın özünü isbat etməsi lazımdır" deyərək, legitimliyinin Liviya qarşıdurmasında ona böyük oyunçu statusu verdiyini əks etdirib.
Hər hansı bir həll – bütün tərəflərin və münaqişəyə cəlb olunan müttəfiqlərin bir araya gəlməsini və yaxşı niyyətlə müzakirə etməsini tələb edir. Lakin Sərrac bu aktyorların razılığı olmadan heç bir siyasi prosesi və ya seçkilərə dair yol xəritəsini irəli sürməyə qabil deyil və Parisdəki ritorik müqavilə Liviyada təməl sülh sazişinə çevrilməyəcək.
Sərracın zəif mövqelərinə dair daha bir sübut İtaliya hökumətinə Liviyadan kənara çıxan miqrantlarla bağlı müraciətidir. Paris görüşündən sonra o, italyan qoşunlarını və hərbi qüvvələrinin qaçaqmalçılarla mübarizə üçün Liviya sularına daxil olmaq icazə verib. Amma Tripoliyə dönəndən sonra rəqib qüvvələrin təzyiqlərinə boyun əyib və icazənin üstündən çarpaz xətt çəkib. O, Liviyanın suverenliyini heç bir kənar aktyora verməyəcəyini "qırmızı xətt" elan edib.
Rəsmi Roma Sərracın italyan tərəfdarları yerinə, Fransa vasitəçiliyini qəbul etməsini şiddətlə qınayıb. Ancaq bu hadisə həm də Sərracın və hökumətinin əsl gücünün və ya nüfuzunun olmadığını göstərib, digər xarici aktyorlar isə bundan məyus olub.
Makron təklif edib ki, Sərrac və Həftar, birgə bəyannamədə göstərildiyi kimi, razılaşmaları təqib etmək üçün üç ayda bir yenidən görüşsünlər. Müqaviləni əhatə edən qeyri-müəyyənliyi nəzərə alaraq, bu cədvəlin təmin olunması qeyri-mümkün görünür. Ehtimal ki, Həftar vaxtını boşa verməyib, onu qüvvələrini silahlandırmaq və Tripoliyə doğru irəliləməyə davam etmək, eləcə də beynəlxalq arenada legitimliyini daha da artırmağa sərf edəcək.
Əbu Dabi və Parisdəki görüşlər arasında Həftar Binqazini də alaraq bir sıra əhəmiyyətli qələbələr qazanıb. Alternativ olaraq, önümüzdəki üç ayda milli seçimlərə hazırlaşmaq üçün kifayət qədər vaxt yoxdur və LPA islahatının ilkin mərhələsindən daha çox şey gözləməyə dəyməz. Daha əlverişli yanaşma, yaxın bir neçə ay ərzində, BMT elçisi Səlamənin təşkil etdiyi müntəzəm toplantılardır, o cümlədən Sərrac və Həftar, habelə Liviya münaqişəsində tərəf olan bütün qrupların iştirakı ilə.
Liviyadakı böhranın pisləşməsinin qarşısını almaq üçün – Həftarın hərbi kampaniyası davam edərsə, – siyasi həllə vurğu ilə Birləşmiş Ştatlar BMT ilə mümkün qədər aktiv işləməlidir. ABŞ böhranın aradan qaldırılmasında yeganə kifayət qədər təsirli aktyordur və BMT-nin başçılıq etdiyi prosesi daim gücləndirir.
Liviya problemini başqalarına, məsələn, Fransanın öhdəsinə qoymaq daha çox xaos çıxaracaq. Son üç ildə Liviya münaqişəsini daha da ağırlaşdıran fərqli proksi maraqlar ortaya çıxıb. Fransanın Sərrac və Həftarı bir araya gətirmək üçün diplomatik səyləri təqdirəlayiqdir, amma rəsmi Parisin kimi, Liviya münaqişəsinə qoşulan digər aktyorların maraqları nəzərə alınmalıdır.