

Lukaşenko: İranın nüvə obyektlərinə endirilən zərbələr beynəlxalq müqavilələrin pozulmasıdır
Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, İranın nüvə obyektlərinə endirilən son hücumlar beynəlxalq müqavilələrin, xüsusilə də Nüvə Silahlarının Yayılmaması Haqqında Müqavilə və 1949-cu il Cenevrə Konvensiyalarının ciddi şəkildə pozulmasıdır.
Xalqcebhesi.az xəbər verir ki, o, bu fikirləri Ali Avrasiya İqtisadi Şurasının iclasında səsləndirib.
Lukaşenko qeyd edib ki, hücumlar MAQATE-nin nəzarətində olan obyektlərə yönəlib və bu, beynəlxalq hüququn ən təhlükəli şəkildə pozulmasıdır.
Məryəm Quliyeva