“Azərbaycan beynəlxalq münasibətlərdə etibarlı tərəfdaşa çevrilib”
27 Oktyabr 18:38
27 Oktyabr 18:38
27 Oktyabr 14:31
27 Oktyabr 14:27
27 İyun 2025 16:08
3 654
DSY: Qəzzada İsrail və ABŞ dəstəkli yardım nöqtələri yaxınlığında 500 nəfər öldürülüb
Xalqcebhesi.az-ın məlumatına görə, Dünya Səhiyyə Təşkilatının (DSY) Fələstin üzrə nümayəndəsi Rik Peeperkorn bildirib ki, 27 may – 22 iyun tarixləri arasında İsrail və ABŞ-ın dəstəklədiyi Qəzza Humanitar Yardım Fondunun yardım nöqtələri yaxınlığında qida əldə etməyə çalışan təxminən 500 nəfər həyatını itirib.
Peeperkorn və DSY-nin Qəzzadaki Təcili Tibbi Qruplar Koordinatoru Luka Pigozzi, BMT-nin Cenevrə Ofisinin həftəlik mətbuat konfransında onlayn şəkildə çıxış edərək vəziyyətin kritik olduğunu vurğulayıblar.
Peeperkorn qeyd edib ki, bölgədə aclıqdan, xəstəlikdən və yardıma çıxarkən öldürülən insanların sayı hər keçən gün artır. Yardım tələblərinin 44%-nin rədd edildiyini bildirən Pigozzi isə tibbi ehtiyatların yarıdan çoxunun tükəndiyini, göndərilən yardımların isə “okeanda bir damla” olduğunu deyib.
Məryəm Quliyeva
27 Oktyabr 22:54
749
27 Oktyabr 17:49
896
27 Oktyabr 15:58
931