12:44
1 288
İndoneziyanın Sumatra adasında baş verən şiddətli daşqın və torpaq sürüşmələri nəticəsində ən azı 1106 nəfər ölüb, daha 175 nəfər isə itkin düşüb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İndoneziyanın Milli Fəlakətlərin İdarə Edilməsi Agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, təbii fəlakət nəticəsində təxminən 7000 nəfər xəsarət alıb.
İndoneziyanın Milli Axtarış və Xilasetmə Agentliyi daşqınlara noyabr ayının sonlarından bəri bölgəyə yağan güclü yağışların səbəb olduğunu bildirib. Sel suları yaşayış binalarına, yollara və infrastruktura ziyan vurub və bu da xilasedicilərin ən çox zərər çəkmiş ərazilərə çatmasını çətinləşdirib.
Məryəm Quliyeva