Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib
Finlandiya Prezidenti və Norveç Baş naziri Putinlə telefon danışığı aparıblar
Çin Trampın Braziliya seçkiləri ilə bağlı tənqidlərinə cavab verib
Kamran Əliyev Misir və Maldivin antikorrupsiya qurumlarının rəhbərləri ilə görüşüb
Qırğızıstan rəsmisi: Bişkeklə Bakı arasında mədəni və humanitar əlaqələr möhkəmlənir
22 Dekabr 2025 15:16
2 863
“Ölkədə son dövrlər iribuynuzlu və xırdabuynuzlu mal qaranın kənd təsərrüfatı sahəsində yerli tələbatı ödəyə bilməməsi səbəbi ilə müxtəlif xarici ölkələrdən idxal həyata keçirilir. Bu əsasən Belarusiya, Hindistandır. Həmçinin hazır qida məhsulları da çeşidli şəkildə digər ölkələrdən idxal olunur”.
Bunu xalqcebhesi.az-a açıqlamasında İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin (İRÖİB) sədri Ruslan Atakişiyev söyləyib.
R.Atakişiyev bildirib ki, ümumiyyətlə, Azərbaycanda daxildə istehsalla, maldarlıqla bağlı yem ehtiyatlarının qiymətlərinin bahalaşması və bunun çox zaman kəndlilərə sərf etməməsi, örüş yerlərinin azalması, o cümlədən heyvana baxımla bağlı, məsələn, onun xəstəliyi, dərmanı bu kimi məsələlər kiçik ev təsərrüfatlarında heyvanların sayının azalmasına gətirib çıxarır: “Məhz bu səbəbdən də gələcəkdə bu sektorun inkişaf etdirilməsi üçün subsidiyalaşma ilə bağlı layihələrə yenidən baxılmalıdır. Daha dərindən araşdırılıb müvafiq tədbirlər həyata keçirilməlidir”.
Röya İsrafilova