Lavrov: Ermənistanın Avrasiya İttifaqından üz döndərməsi xalqın xeyrinə olmayacaq Dünya

Lavrov: Ermənistanın Avrasiya İttifaqından üz döndərməsi xalqın xeyrinə olmayacaq

“Ermənistan rəhbərliyinin Avrasiya İqtisadi İttifaqındakı qonşularından və müttəfiqlərindən üz döndərməsi xalqın xeyrinə olmayacaq”.

APA-nın TASS-a istinadən məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan hakimiyyətində bir qədər əvvəl ölkənin Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı arasında seçim etməli olduğu barədə səslənən bəyanatları şərh edərkən deyib.
O bildirib ki, rəsmi Moskva bu mənada Ermənistana təzyiq etmir:

“Biz Ermənistanın hakim dairələrinə hər hansı təzyiq etmirik, sadəcə bütün bu məsələlərə aydınlıq gətirilməsini gözləyirik. Başa düşürük ki, Ermənistan müttəfiqlərindən və qonşularından üz döndərərsə, bu, erməni xalqının xeyrinə olmayacaq”.