BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edilib
Ərdoğan COP31-in hazırlıqlarına verdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib
“Çox istərdim ki, doğma Azərbaycanda da belə festivallar tez-tez olsun”
Bu ilin on ayında proaktiv qaydada sosial müavinət və təqaüd təyin olunanları sayı açıqlanıb
11 İyul 2025 07:34
3 381
ABŞ prezidenti Donald Tramp bu ilin yanvarında hakimiyyətə gəldikdən sonra ilk dəfə Ukraynaya silah ötürmək üçün fövqəladə səlahiyyətlərindən istifadə edə bilər.
Bu barədə Reuters iki mənbəyə istinadən xəbər verir.
Söhbət silahların Prezidentin Dəyişdirmə İdarəsi (PDA) adlanan səlahiyyət altında ötürülməsindən, yəni silahların birbaşa Pentaqonun anbarlarından göndərilməsindən gedir. Agentliyin həmsöhbətlərindən birinin sözlərinə görə, hərbi yardımın həcmi 300 milyon dollara çata bilər.
Reuters mənbələrinə görə, bu paketə “Patriot” hava hücumundan müdafiə sistemləri və orta mənzilli hücum raketləri daxil ola bilər, baxmayaraq ki, Vaşinqtonun Kiyevə tam olaraq nə göndərə biləcəyi ilə bağlı yekun qərar hələ verilməyib. Agentliyin aydınlaşdırdığı kimi, bundan əvvəl indiki Amerika administrasiyası Ukraynanı yalnız Ağ Evin əvvəlki rəhbəri Co Baydenin təsdiq etdiyi silahlarla təmin edirdi.
Cavid