İslam dünyasında yeni güclü ittifaq formalaşır
16 Yanvar 21:29
16 Yanvar 21:29
16 Yanvar 20:47
16 Yanvar 17:35
16 Yanvar 17:06
14 İyul 2025 08:38
2 086
ABŞ-nin Kentukki ştatında hücum baş verib. Hadisə Leksinqton şəhərində baş verib. Blue Grass hava limanı yaxınlığında saxlanılan şəxs atəş açaraq polis əməkdaşını yaralayıb.
Hücum edən şəxs hadisə yerindən qaçıb. O, bir avtomobili qəsb edərək təxminən 16 kilometr məsafədəki Richmond Road Baptist kilsəsinə gedib.
Hücum edən şəxs kilsənin həyətinə atəş açıb, iki qadını öldürüb, iki kişini isə yaralayıb. Qəsb edilmiş avtomobilin yerini müəyyən edərək kilsəyə gələn polis hücum edəni orada öldürüb.
Leksinqton polis rəisi Lourens Uezers keçirdiyi mətbuat konfransında hadisə ilə bağlı açıqlama verib. Hücum edənin şəxsiyyəti açıqlanmasa da, polis rəisi hadisənin səbəbləri ilə bağlı dəqiq məlumatın olmadığını bildirib.
Polis rəisi hücum edənin kilsədə bəzi insanları tanıdığına dair əlamətlər olduğunu söyləyib.
Leksinqton polisi hücum edənin ölümü ilə bağlı daxili araşdırma elan edib.
18 Yanvar 17:50
1 162
18 Yanvar 17:49
1 253
18 Yanvar 15:45
1 288