İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
16 İyul 2025 16:32
2 478
Ukrayna Silahlı Qüvvələri, Belqorod vilayətinin Peromayski kəndi ərazisində bir avtomobili PUA ilə hədəfə alıb. Hücum nəticəsində bir nəfər ölüb, başqa biri isə yaralanıb.
Bu barədə regionun qubernatoru Vyaçeslav Qladkov Telegram kanalında məlumat verib.
"Peromayski kəndinin Volokonovsk rayonunda PUA, minik avtomobili hədəf alıb. Aldığı yaralardan gənc bir kişi hadisə yerində ölüb. Ölənin ailə üzvlərinə və yaxınlarına dərin başsağlığı verirəm", — deyə o, yazıb.
Region rəhbərinin sözlərinə görə, ikinci yaralı, hadisə yerində yaxınlıqda olan şəxs, mina partlaması nəticəsində çoxsaylı şrapnel yaraları və barotravma alıb. O, Volokonovsk Mərkəzi Rayon Xəstəxanasına çatdırılaraq lazımi tibbi yardım göstərilib.
"Avtomobilə zərər də dəyib", — deyə Gladkov əlavə edib.
Məryəm Quliyeva