Egey dənizində 5.1 bal gücündə zəlzələ baş verib Dünya

Egey dənizində 5.1 bal gücündə zəlzələ baş verib

Yunanıstandakı Girit Adasının şimal-qərbində Egey Dənizində 5.1 bal gücündə zəlzələ baş verdiyi bildirilir.

Xalqcebhesi.az xəbər verir ki, Atina Geodinamik İnstitutunun məlumatlarına görə, Türkiyə saatı ilə (TSİ) saat 16:26-da baş verən 5.1 bal gücündəki zəlzələnin episentri, Girit Adasının şimal-qərbindəki Kiçik Çuha Adasından 21 kilometr məsafədə, dənizdə yerləşir.

Zəlzələ, yerin təxminən 58 kilometr dərinliyində baş verib.

Məryəm Quliyeva