

23 İyul 23:20
23 İyul 23:08
23 İyul 23:00
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Təhdit dolu açıqlama verən İsrail Müdafiə Naziri İsrael Katz, "Qəzzadaki İsrailli əsirlər yaxın zamanda azad edilməzsə, cəhənnəmin qapıları açılacaq" ifadələrini işlədib.
Xalqcebhesi.az xəbər verir ki, İsrailin Qəzza Zolağına yönəlik hücumları davam edərkən, İsrail Müdafiə Naziri İsrael Katz sərt bir bəyanat verib. Katz, əsassız iddialar irəli sürərək, "HƏMAS-ın yüksək səviyyəli nümayəndələri əsirləri azad etməyi rədd edir və lüks otellərdə şənliklər keçirirlər. Qəzzadaki İsrailli əsirlər yaxın zamanda azad edilməzsə, cəhənnəmin qapıları açılacaq," deyib.
Qətər ev sahibliyi etdiyi İsrail və HƏMAS arasında, İsrailli əsirlər və Fələstinli məhkumların azad ediləcəyi və İsrailin Qəzza Zolağına humanitar yardım girişlərinə icazə verəcəyi 60 günlük atəşkəs haqqında müzakirələr davam edir.
Atəşkəsin həyata keçirilməsi ilə, müharibənin qalıcı şəkildə sona çatdırılması ilə bağlı danışıqlara başlanması gözlənilir. Rəsmi şəxslər, atəşkəs sonrası İsrail hərbçilərinin Qəzza Zolağından nə dərəcədə geri çəkiləcəyi məsələsində, hələ də İsrail və HƏMAS arasında fikir ayrılıqları olduğunu bildirirlər.
Məryəm Quliyeva