

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Hollandiya Təhlükəsizlik və Terrorla Mübarizə Agentliyi (NCTV) İsrailin dezinformasiya fəaliyyətləri ilə Hollandiyada ictimai rəyə və siyasi qərarların qəbuluna təsir göstərməyə çalışdığını bildirib.
“İsrailin Hollandiya siyasətinə və cəmiyyətinə təsir cəhdləri” başlıqlı hesabatda keçən il Amsterdamda “Makkabi Tel-Əviv” azarkeşlərinin iştirakı ilə baş verən hadisələrdən sonra İsrail hökumətinə bağlı bir nazirlik tərəfindən hazırlanan və rəsmi kanallar xaricində hollandiyalı siyasətçilərə və jurnalistlərə göndərilən sənəd diqqətə çatdırılıb.
Hesabatda sözügedən sənəddə Hollandiya vətəndaşlarının adlarının və qeyri-adi, arzuolunmaz məlumatların yer aldığı, İsrail və ABŞ-nin Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsinə (UCM) yönəlik təhdidlərinin qurumun fəaliyyətini poza biləcəyi qeyd edilib.
Hesabatda Hollandiyanın beynəlxalq hüquqi qurumlara ev sahibliyi edən ölkə kimi bu təhlükələr qarşısında xüsusi məsuliyyət daşıdığı vurğulanıb.
NCTV-nin hesabatında ilk dəfə olaraq İsrail Hollandiya üçün təhlükə yaradan ölkələr siyahısına daxil edilib.