Çilidə 5,2 bal gücündə zəlzələ baş verib Dünya

Çilidə 5,2 bal gücündə zəlzələ baş verib

Çilinin şimalında 5,2 maqnitudalı zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri Antofaqasta şəhərindən 238 kilometr cənub-şərqdə yerləşib. Yeraltı təkanların ocağı 111 kilometr dərinlikdə olub.

Hadisə nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.